RU

“Qarabağ” “Ferentsvaroş”la qarşı-qarşıya

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.

News24.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da meydana çıxacaq. 

Ağdam klubu səfərdə Macarıstan çempionu “Ferentsvaroş”un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək. 

Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

19 avqust

23:00. “Ferentsvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan)

Budapeşt, “Groupama Arena”


Избранный
33
9
news24.az

10Источники