"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində ilk matçında bu axşam çıxacaq.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə "Ferentsvaroş" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, cavab qarşılaşması avqustun 27-də, Bakıda keçiriləcək.
Çempionlar Liqası pley-off, ilk oyun
19 avqust
23:00. “Ferensvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan)
Hakimlər: Juan Pedru da Silva Pineyro, Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra (Portuqaliya)