RU

Zelenski ABŞ-dan 90 milyard dollarlıq yardım paketi istəyir

Ukrayna ölkənin təhlükəsizliyini təmin etmək üçün 90 milyard dollarlıq hərbi yardım paketi istəyib.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşündən sonra YouTube-da yayımlanan brifinqdə bildirib.

Zelenskinin sözlərinə görə, paketə aviasiya, hava hücumundan müdafiə sistemləri və oxşar avadanlıqlar daxildir. 30 ölkənin koalisiyası tərəfindən hazırlanmış təhlükəsizlik zəmanətləri 7-10 gün ərzində sənədlərlə rəsmiləşdiriləcək.

//Gülnarə Abasova, Editor.az

Избранный
11
editor.az

1Источники