RU

“Azəraqrartikinti”nin mənfəəti 4 dəfəyə yaxın azalıb

“Azəraqrartikinti” ASC 2024-cü ili 1 milyon 259 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ildə 4 milyon 533 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 4 dəfəyə yaxın azalmadır.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azəraqrartikinti”nin əsas əməliyyat gəlirləri 11 milyon 736 min manat (əvvəlki ilə nisbətən 2.4 dəfə az) təşkil edib.

Избранный
10
1
banker.az

2Источники