Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün ilk turunun oyunları keçirilir.
Publika.az xəbər verir ki, bu gün daha bir oyun baş tutacaq.
“Zirə” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.
Xatırladaq ki, bu turun “Karvan” – “Qəbələ” və “Neftçi” – “Şamaxı” oyunlarında heç-heçə (1:1) qeydə alınıb. “Sumqayıt” “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlibsə, “İmişli” “Turan Tovuz”a 0:1 uduzub. “Sabah” – “Qarabağ” görüşü isə təxirə salınıb.
Azərbaycan Premyer Liqası, 1-ci tur
19 avqust