ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
2025-ci ilin ilk altı ayı ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə ilan zəhəri ilə toksik effekt diaqnozu ilə ümumilikdə 148 nəfər müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, sözügedən dövr ərzində ölüm faktı qeydə alınmayıb.
"Qeyd edək ki, TƏBİB tərəfindən tibb müəssisələrinin isti hava şəraiti ilə əlaqədar mövsümi xarakter daşıyan ilan və digər zəhərli həşəratların dişləməsinə qarşı zərdabla təminatı həyata keçirilib.
Respublikanın ayrı-ayrı regionlarında yerləşən mərkəzi rayon xəstəxanaları, eyni zamanda, Bakıdakı bütün poliklinikalar zəruri tələbata uyğun olaraq zərdabla tam təmin olunub.
İlan və həşərat sancmaları daha çox Mərkəzi Aran rayonları üçün xarakterikdir. Zərdab təminatı müəssisələrin təqdim etdiyi tələbnaməyə uyğun olaraq dövri şəkildə tam təchiz olunur. Zərdablar, əsasən, Mərkəzi Asiya ölkələrindən gətirilir. Bunun səbəbi odur ki, həmin ölkələrin relyef-iqlim şəraiti, ilan və həşəratların növü bizim ölkə ilə uyğunluq təşkil edir", - deyə əlavə edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.