RU

Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təfərrüatlarını açıqlayıb » AzadMedia.az


Təkcə Avropa müttəfiqləri deyil, həm də Avropadan kənar ölkələr Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanmasında və təmin olunmasında iştirak edəcəklər.

Bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.

"Biz Avropalı müttəfiqlərimizlə və yeri gəlmişkən, qeyri-Avropa ölkələri ilə belə təhlükəsizlik təminatları yaratmaq üçün işləyəcəyik. Biz hazırda bunun üzərində işləyirik", - Rubio bildirib.

O əlavə edib ki, zəmanətlər sülh sazişindən sonra yaradılmalıdır ki, Ukrayna gələcəkdə özünü təhlükəsiz hiss etsin.
Избранный
20
6
azadmedia.az

7Источники