RU

Xaricdə işlə təmin etmək barədə vədlər verərək dələduzluqda ittiham olunan vəzifəli şəxslərin məhkəməsi başlayıb

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək çoxsaylı vətəndaşların pul vəsaitini ələ keçirməkdə təqsirləndirilən “365TOURISM”, “TEMPOTIRPS” və “JOBS” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin vəzifəli şəxslərinin məhkəməsi başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

İş məhkəmə baxışına verilib və baxış iclası sentyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək çoxsaylı vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirən “365TOURISM”, “TEMPOTIRPS” və “JOBS” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla “365TOURISM” MMC-nin rəhbəri Nəcəfov Ruslan İlyas oğlu, “JOBS” MMC-nin rəhbəri Xəlilov Mehrab Nəzər oğlu və “TEMPOTRIPS” MMC-nin rəhbəri Təhməzova Sədaqət Təhməz qızının qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə və saxta sənədlər hazırlamaqla vətəndaşlara xarici ölkələrdə yüksək gəlirli işlə təmin olunacaqlarına dair yalan vədlər verərək 71 şəxsin ümumilikdə 223 min manatdan artıq məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ruslan Nəcəfov, Mehrab Xəlilov və Sədaqət Təhməzovaya Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilərək, Ruslan Nəcəfov və Mehrab Xəlilov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Sədaqət Təhməzova barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Eyni zamanda “365TOURISM”, “TEMPOTIRPS” və “JOBS” MMC-lər barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

İş üzrə zərərçəkmiş şəxslərə dəymiş 223 min manat maddi ziyanın 105 min manatının ödənilməsi təmin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
34
apa.az

10Источники