RU

"Qarabağ"ın "Macarıstandakı oyununa azərbaycanlıların marağı böyükdür

Macarıstanda yaşayan azərbaycanlılar "Qarabağ"ın bu ölkədə "Ferentsvaroş"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa böyük maraq göstərirlər.

Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Macarıstadakı Azərbaycan Evinin rəsmiləri dünən komandanın açıq məşqini də izləyiblər:

"Onlar bu gün oyuna gələcəklərini bildirdilər. Bizim sektora 400 civarında bilet satılıb. Bu rəqəmin axşama doğru daha da artacağı gözlənilir".

Qeyd edək ki, bu gün keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Избранный
27
1
report.az

2Источники