Məcburi dövlət sosial sığorta haqları üzrə yığımın proqnoza nisbətən daha çox olması həmin müddətdə ölkə üzrə orta aylıq əmək haqqının artması və əmək və eləcə də xidməti müqavilələrdə müşahidə edilən artım ilə bağlıdır. Belə ki, 2025-ci ilin ilk yarısında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097 manata çatıb. Həmin arada, muzdla çalışan işçilərin sayı 1 milyon 770 min nəfər olub. Bu baxımdan, əmək haqqı fondunun artması məcburi dövlət sosial sığorta haqları üzrə daha çox ödənişin həyata keçirilməsinə gətirib çıxarıb.
Məcburi dövlət sosial sığorta haqları üzrə yığılan vəsaitin əhaliyə ödənişlər üzrə xərclər yönəldiyini nəzərə alsaq bu sosial istiqamətə daha çox vəsaitin ayrılmsına səbəb ola bilər. Belə ki, əmək pensiyaları, aylıq və birdəfəlik müavinətlər məhz daha çox Dövlət sosial müdafiə fondunun gəlirləri hesabına ödənilir. Daha çox yığım isə daha dayanıqlı sosial təminat deməkdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31