RU

Lənkəranda yeniyetmə göldə boğularaq öldü

Lənkəran rayonunun Tükəvilə kəndində 17 yaşlı yeniyetmə faciəvi şəkildə həyatını itirib.

"Bakuinfo" Teleqraf-a istinadən xəbər verir ki, kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Ələsgərov süni gölün ətrafında gəzərkən ehtiyatsızlıq səbəbindən ayağı sürüşərək suya düşüb. Suyun dərin olması səbəbindən o, boğularaq ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Traktor vasitəsilə gölün qarşısı qazılaraq suyun səviyyəsi aşağı salındıqdan sonra yeniyetmənin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
60
8
bakuinfo.net

10Источники