RU

Rusiya vilayətində Azərbaycan diasporunun rəhbəri vətəndaşlıqdan çıxarılıb

Çelyabinsk vilayətinin Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib.
 
Bu barədə Moderator.az Rusiya KİV-ə istinadən xəbər verir.
 
Məlumata görə, buna səbəb onun "etnoseparatizm təbliğatı və Aleksey Navalnıya dəstək"də ittiham edilməsi olub.
 
İş adamı Ərşad Adı oğlu Xankişiyev (böyük meyvə-tərəvəz taciri, restorator, "Fruktdom" MMC-nin, "Fruit-House" MMC-nin, "Nar Sharab" MMC-nin, "Kaspiy" MMC-nin təsisçisi/sahibi) Çelyabinskin "Azərbaycan" regional sosial-hüquqi ictimai təşkilatının prezidenti və "Çelyabinsk vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti" İctimai Təşkilatının sədri olub.
 
"Rusiyaya xaricdən çürük pomidor gətirməklə yüzmilyonlarla pul qazanan Xankişiyev etnoseparatizmi və ekstremist Navalnının fəaliyyətini təbliğ etməyi də unutmayıb. Amma indi istədiyi kimi hərəkət edə bilməyəcək, Federal Təhlükəsizlik Xidmətinin (FTX) qərarı ilə Xankişiyevin pasportu ləğv edilib, Rusiyaya girişi isə qadağan olunub", - deyə "Mnoqonatsional" "Telegram" kanalı yazıb.
 
Onu da əlavə edək ki, "Azərbaycan" Çelyabinsk regional sosial-hüquqi ictimai təşkilatı bu yaxınlarda məhkəmənin qərarı ilə ləğv edilib, bundan əvvəl isə məhkəmə "Çelyabinsk vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti" İctimai Təşkilatını ləğv edib.
Избранный
40
5
moderator.az

8Источники