RU

"Qalatasaray" "Mançester Siti"dən növbəti futbolçunu heyətinə qatmaq istəyir

"Mançester Siti"nin mərkəz müdafiəçisi Manuel Akanci "Qalatasaray"a keçə bilər.

İdman.biz xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Türkiyə klubu artıq həm "şəhərlilər", həm də futbolçunun agenti ilə ilkin ünsiyyət yaradıb. Lakin Akanci hələ keçidlə bağlı qərarını verməyib.

30 yaşlı futbolçu daha əvvəl "Vintertur", "Bazel" və Dortmund "Borussiya"sında çıxış edib, 2017-ci ildən də İsveçrə millisinin (71 oyun, 3 qol) formasını geyinir.

"Transfermarkt"a görə, Akancinin cari transfer dəyəri 28 milyon avrodur. Onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, "Qalatasaray" "Mançester Siti"dən qapıçı Edersonu da heyətinə qatmaq istəyir.

İdman.biz

Избранный
42
1
idman.biz

2Источники