RU

Yeniyetmə süni göldə boğularaq öldü

Lənkəran rayonunun Tükəvilə kəndində 17 yaşlı yeniyetmə faciəvi şəkildə həyatını itirib.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Ələsgərov süni gölün ətrafında gəzərkən ehtiyatsızlıq səbəbindən ayağı sürüşərək suya düşüb. Suyun dərin olması səbəbindən o, boğularaq ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Traktor vasitəsilə gölün qarşısı qazılaraq suyun səviyyəsi aşağı salındıqdan sonra yeniyetmənin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
70
8
metbuat.az

10Источники