Ermənistanın baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında təkbətək formatda danışıqlar başa çatıb.
“Azad İran” “Telegram” kanalı İran KİV-ə istinadən xəbər verir ki, İrəvanda aparılan danışıqların nəticəsi olaraq 10 anlaşma memorandumunun imzalandığı qeyd olunur.
Bildirilir ki, danışıqlar təxminən 1.5 saat davam edib.