RU

Polis mağazadan pul oğurlayan şəxsi tutub

Nəsimi rayonunda talama cinayəti qeydə alınıb. Paytaxt sakininə məxsus mağazadan 700 manat pul oğurlanıb.

Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib. 

Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Ə.Bədəlov tutulub.

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə vətəndaşın bank kartından 1498 manat pul oğurlamaqda şübhəli bilinən 22 yaşlı Z.Teymurxanov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Избранный
119
7
operativmedia.az

9Источники