RU

"Tofiq Bəhramovdan sonra azərbaycanlı hakimin final oyununu idarə etməsi qürurvericidir" - Elçin Məsiyev

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev Sportal.az saytına açıqlama verib.

PSJ və "Tottenhem" komandaları arasında keçirilmiş UEFA Superkuboku matçında dördüncü hakim funksiyasını yerinə yetirmiş Məsiyev bunları deyib: 

"Superkuboka təyinat aldığım zaman çox sevindim. Tofiq Bəhramovdan sonra bir azərbaycanlı hakimin final oyununu idarə etməsi qürurvericidir. Belə bir oyuna təyinat almaq gözlənilməz idi. Finalda iştirak etmək, yüksək səviyyədə təşkil olunmuş qarşılaşmada iş başında olmaq çox fərqli bir hiss idi. İnanıram ki, bu təcrübə gələcəkdə də mənim inkişafıma töhfə verəcək. Həmçinin əminəm ki, gənc hakimlərimiz üçün də bu, yaxşı stimul olacaq".

saytlarin hazirlanmasi

Избранный
15
1
sportal.az

6Источники