“Dəyirman” qrupunun yaradıcısı, tanınmış prodüser Emin Əfəndi Rusiyaya buraxılmayıb.
Publika.az Olay.az-a istinadən xəbər verir ki, Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun oğlunun toyuna dəvət alanlardan biri də xalq artisti Miri Yusif olub.
O, tədbirə prodüseri Emin Əfəndi ilə yola düşüb. Lakin Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti Emini Azərbaycana geri qaytararaq, Rusiyaya keçməsinə icazə verməyib.
Ona “Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyin üçün, səni Rusiyaya buraxmırıq” deyilib.
Emin Əfəndi faktı təsdiqləyib.
Qeyd edək ki, müxtəlif illərdə jurnalist və aparıcılıq fəaliyyəti ilə məşğul olan Emin Əfəndi son illər Teleqram kanalında aktivlik göstərir. Siyasi, mədəni və digər sahələrlə bağlı şərhləri ilə diqqət çəkir.
Eminin ölkəyə buraxılmama səbəbi isə şəxsi Teleqram kanalında Rusiya ilə bağlı yazdığı ifadələr olub. Onun söylədiyi həqiqətlər “qonşu”larımızı qıcıqlandırıb.