RU

Avstriya XİN Rusiyaya qarşı yeni sərt sanksiyalar elan edib

Avropa Rusiyanı Ukrayna probleminin həlli üçün danışıqlara başlamağa məcbur etmək üçün çox sərt sanksiyalar hazırlayır.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger ORF2 televiziyasına müsahibəsində deyib.

O, Avropada dinc asayişin bərpasının əsas vəzifə olduğunu vurğulayıb. Ona görə də Moskvaya öz siyasi maraqlarını güdərkən Avropa dövlətlərinin təhlükəsizliyinə məhəl qoymamağa icazə vermək olmaz.

Meinl-Reisinger bəyan edib ki, Avropanın təhlükəsizliyini təmin etmək üçün Rusiyaya daha böyük təzyiq göstərilə bilər. Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə bağlı danışıqlar masasına oturtmaq üçün artıq “çox sərt sanksiyalar” hazırlanıb.

//Gülnarə Abasova, Editor.az

Избранный
6
editor.az

1Источники