RU

"Qarabağ"ın oyunu üçün Bakıda 3 min yerlik zona yaradıldı - Video

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş" - "Qarabağ" matçını Bakıda açıq havada və böyük ekranda izləmək mümkün olacaq.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bunun üçün "See Breeze" kurort şəhərciyində təxminən 3 min yerlik xüsusi zona yaradılıb. Bu, "See Breeze" və "Qarabağ" Futbol Klubunun ortaq layihəsi çərçivəsində baş tutub. Artıq oyuna hazırlıqla bağlı işlər yekunlaşmaq üzrədir.

"Qarabağ" klubundan bildirilib ki, oyunu izləmək üçün giriş pulsuzdur.

Bundan başqa, oyuna "See Breeze"də baxmaq məqsədilə azarkeşlərə xüsusi ödənişsiz avtobuslar da ayrılıb:

"Koroğlu" metrosu - "See Breeze"

Gediş: 19:45 - 21:30

"See Breeze" - "Koroğlu" metrosu

Qayıdış: 00:45 - 02:30

Xatırladaq ki, "Ferensvaroş" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Избранный
10
5
axar.az

6Источники