Kiyev Avropadakı tərəfdaşları ilə birlikdə artıq təhlükəsizlik zəmanətlərinin konkret tərkibi üzərində işləyir.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski X hesabında yazıb.
Zelenski ABŞ Prezidentinin və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda aparılan danışıqları müharibənin dayandırılması və dövlətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addım adlandırıb:
“Biz artıq təhlükəsizlik zəmanətlərinin konkret tərkibi üzərində işləyirik. Bu gün liderlər səviyyəsində koordinasiya davam edir, müzakirələr aparılır və müvafiq formatlar hazırlanır. İş sabah da davam etdiriləcək”.