RU

Tramp Rusiyaya gedə bilər

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin "Rossiya 24" telekanalına müsahibəsindəməlumatverib. O, ABŞ Prezidentinin Rusiyaya mümkün səfəri ilə əlaqədar mətbuatda yayılan xəbərləri təsdiqləyib.

"Alyaskada mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin bu dəvəti dilə gətirib. Donald Tramp, səhv xatırlamıramsa, deyib ki, bu (yəni Rusiyaya səfər – red.) çox maraqlı alına bilər",– nazir vurğulayıb.

Xatırladaq ki, avqustun 15-də Alyaska ştatının Ankoric şəhərində Rusiya Prezidenti Vladimir Putin ilə amerikalı həmkarı Donald Tramp arasında görüş baş tutub. Tərəflər əsas etibarilə Ukrayna böhranının həlli istiqamətində danışıqlar aparıb, eyni zamanda, bir sıra digər məsələyə da toxunublar.

Firudin Həmidli
AzVision.az
Избранный
78
1
azvision.az

6Источники