Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüş üçün mümkün məkan kimi Cenevrəni təklif edib.
Ölkə.Az xəbər verir ki, Makron bunu TF1-ə müsahibəsində deyib.
Fransa lideri 2019-cu il olduğu kimi Putinlə Zelenskinin Parisdə görüşünün keçirilməsi ehtimalını istisna edib. O qeyd edib ki, vəziyyət “başqa mərhələdədir” və “neytral ölkə” tapmaq lazımdır.
"İsveçrə mümkündür, Cenevrəni dəstəkləyirəm. Yaxud başqa ölkə də ola bilər. Sonuncu dəfə ikitərəfli məsləhətləşmələr Türkiyədə - İstanbulda olub", - Makron qeyd edib.
Makron əlavə edib ki, Tramp, Zelenski və Avropa liderləri arasında Vaşinqtonda keçirilən görüşdə Rusiya ilə Ukrayna arasında yüksək səviyyəli ikitərəfli təmasların keçirilməsi imkanları müzakirə edilib: "Bunun ardınca ABŞ-ın iştirakı ilə üçtərəfli görüş və daha geniş ölkələrin iştirakı ilə çoxtərəfli görüş keçirilməlidir", - o vurğulayıb.
Mürtəza