RU

Trampın Rusiyaya dəvət olunduğu təsdiqləndi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Rusiyaya səfərə dəvət aldığını təsdiqləyib.

Publika.az xəbər verir ki, Lavrov bu barədə "Rossiya 24" kanalına müsahibəsində deyib.

"Bildiyiniz kimi, o, dəvət olunub. Və Alyaskada keçirdiyi mətbuat konfransında Putin bu dəvəti təsdiqlədi və Donald Tramp, səhv xatırlamıramsa, bunun çox maraqlı olduğunu dedi", - Lavrov qeyd edib.

O, həmçinin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında gecə vaxtı telefon danışığının təfərrüatını təqdim edib. Lavrovun sözlərinə görə, tərəflər təsdiqləyiblər ki, Ukrayna ətrafında böhran elə həll edilməlidir ki, bir daha təkrarlanmasın.

Избранный
78
1
publika.az

6Источники