RU

Sovet dövründən qalan sənədsiz evlərə “kupça” verilir

Bir müddətdir ki, Azərbaycanda texniki pasportu olan tikililərin qeydiyyat prosesi sadələşdirilib.

Hələ də bəzi vətəndaşlar bu prosesin necə olduğu halda məlumatsızdırlar.

Bəs proses qaydası necə tənzimlənir?

Sovet dönəmində Xalq Deputatları Soveti tərəfindən verilmiş qərarlar əsasında torpaq sahəsi əldə etmiş şəxslərin mülkiyyət hüquqları qanunla tanınacaq. Həmin torpaqlarda 35-40 il əvvəl inşa olunmuş yaşayış evlərinə çıxarışların verilməsi mümkün olacaq. Əgər torpaq sahəsi 2001-ci ildən əvvəl istifadə olunubsa və müvafiq ilkin sənədlər mövcuddursa, bu zaman sənədlərdə göstərilən göstəricilər (məsələn, evin sahəsi) real vəziyyətdən fərqli olsa belə, faktiki istifadə edilən ölçü əsas götürüləcək.Bu proses ASAN Xidmət və Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrində həyata keçiriləcək.

Kimlərə aid edilmir?

Bu güzəşt yalnız Sovet dövründən miras qalmış rəsmi sənədlərə əsaslanan evlərə şamil edilir. Yəni 1995-ci ildən sonra, xüsusilə də bələdiyyələrdən yalnız kağız şəklində torpaq sahəsi əldə etmiş və hər hansı arxiv sənədi olmayan şəxslər bu mərhələdə prosesdən yararlana bilmirlər. Bu isə o deməkdir ki, Abşeron yarımadasında yerləşən təxminən 500 min sənədsiz evin əksəriyyəti hələ də hüquqi baxımdan qeydiyyatdan kənarda qalır. Bununla belə, mütəxəssislərin fikrincə, yeni qərar ən azı 150-200 min ailənin mülkiyyətlə bağlı uzunmüddətli problemini həll etmək potensialına malikdir ki, bu da əhəmiyyətli göstəricidir.

/Milli.az

Избранный
30
14
tribunainfo.az

10Источники