RU

Azərbaycan Yüksək Liqasında və Birinci Liqada oynayacaq klublar bəlli olub

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

İdman.biz xəbər verir ki, iclasda yeni mövsümə hazırlıq, Yüksək və Birinci liqalarda iştirak edəcək komandaların siyahısı müzakirə olunub.

Yüksək Liqada 6, Birinci Liqada 10 komanda yarışacaq. Yüksək Liqada mübarizə 4 dövrədən və 20 turdan ibarət olacaq. Birinci Liqada isə komandalar 1 dövrə ərzində üz-üzə gələcəklər. Daha sonra ilk 4 pilləni tutan kollektivlər pley-off mərhələsində gücünü sınayacaq.

2025-2026-cı illər mövsümünün iştirakçıları

Yüksək Liqa: “Araz-Naxçıvan”, “Neftçi İK”, “Baku Fire”, “Şuşa MFK”, U-19, “Lənkəran”.

Birinci Liqa: PFL, “Baku Fire-2”, “Xan-Lənkəran-2”, “Star Kargo, “Timsport”, “Atletiko Baku”, “Trabzon-Azərbaycan”, “Ulduz”, “Dəstə Ordubad”, “Yeni Suraxanı”.

Qeyd edək ki, Yüksək Liqada mövsümə sentyabrın 18-də start veriləcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
11
icma.az

10Источники