RU

Azərbaycan Yüksək Liqasında 6 komanda mübarizə aparacaq

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 6 komanda mübarizə aparacaq.Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının iclasında qərar qəbul olunub.Toplantıda yeni mövsümə hazırlıq, Yüksək və I Liqalarda iştirak edəcək komandaların siyahısı müzakirə olunub.Yüksək Liqada 6, I Liqada 10 komanda yarışacaq. Yüksək Liqada mübarizə 4 dövrədən və 20 turdan ibarət olacaq. I Liqada isə komandalar 1 dövrədə üz-üzə gələcəklər. Daha sonra ilk 4 pilləni tutan kollektivlər pley-off mərhələsində gücünü sınayacaq. Yüksək Liqada mövsümə sentyabrın 18-də start veriləcək.Yüksək Liqada "Araz-Naxçıvan", "Neftçi İK", "Baku Fire", "Şuşa MFK", U-19, "Lənkəran", I Liqada PFL, "Baku Fire-2", "Xan-Lənkəran-2", "Star Kargo", "Timsport", "Atletiko Baku", "Trabzon-Azərbaycan", "Ulduz", "Dəstə Ordubad" və "Yeni Suraxanı" kollektivləri çıxış edəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
11
reyting.az

10Источники