RU

Binəqədi avtobus dayanacağına zərər vuran barəsində məsuliyyət tədbiri görülüb

Bakının Binəqədi rayonundakı avtobus dayanacağına zərər vurulması və ərazidəki antisanitar vəziyyətlə bağlı paylaşılmış görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd dilib ki, dövlət əmlakına zərər vuran, ictimai yerdə antisanitar vəziyyət yaradaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxs saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Избранный
17
26
report.az

10Источники