İsmet Taşdemirlə yollarını ayıran "Qaziantep" FK yeni baş məşqçisini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Anadolu klubu bu posta Burak Yılmazı gətirib.
B. Yılmaz son olaraq "Kasımpaşa"nı çalışdırmışdı.
Qeyd edək ki, Super Liqada cəmi 2 tur geridə qalıb. "Qaziantep" FK hər 2 turda məğlub olub. Onlar hazırda sonuncu yerdədilər.