RU

Marko Rubio və Hakan Fidan Ukrayna nizamlanması üzrə danışıqların gedişini müzakirə ediblər

ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların gedişatını müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, Rubio və Fidan telefon danışığı zamanı Rusiya və Ukrayna arasında sülh danışıqları mövzusuna toxunub və münaqişənin dayandırılmasının vacibliyini vurğulayıblar.

Bundan əlavə, tərəflər Suriyadakı vəziyyət, Tehranın nüvə proqramı ilə bağlı məsələlər, həmçinin Ermənistan və Azərbaycan arasında sülh sazişi məsələsini də müzakirə ediblər.

Избранный
86
39
operativmedia.az

10Источники