Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, Vətən Müharibəsi qazisi, 28 yaşlı İ.Əliyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Onun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.