Bir qrup ərəb bu gün Bakıda Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar.
Onlar bir neçə gün əvvəl baş vermiş xoşagəlməz hadisəyə görə Azərbaycan xalqından üzr istəyiblər. Həmin anlara aid görüntülər sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, ötən gün bir qrup ərəb Şəhidlər Xiyabanında yolverilməz hərəkətlərə yol verdiklərinə görə polis tərəfindən saxlanılmışdı.
Bakuinfo.net