"Fənərbağça" Avstriyanın “Salzburq” klubundan 18 milyon avroya Nene Dorqelesi transfer edib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubdan rəsmi açıqlama verilib. Bildirilib ki, 22 yaşlı cinah hücumçusu ilə 5 mövsümlük sözləşmə imzalanıb.

Qeyd edək ki, N.Dorqeles 2022-ci ildən Mali yığmasına cəlb olunur və 24 oyuna 7 qol vurub.