Apasport saytına istinadən ain.az xəbər verir.
Misli Premyer Liqasında 2025/2026 mövsümünün ilk turunun son matçında "Zirə" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavblandırıb:
"Çempionatın ilk oyunları ağır keçir. Oyunçularım yaxşı ustalıq göstərdilər. Çempionatın favorit komandalarından birinə qarşı baxımlı oyun göstərdilər. Düşünürəm ki, qələbəyə yaxın tərəf biz idik. Hesab 1:0 olarkən də, 1-1 olarkən də qol epizodlarımız var idi. Bunlardan istifadə edə bilmədik. Rəqib standart vəziyətdən qol vurdu. Həmin epizodda da zəncirvari səhvlərimiz oldu. Ümumilikdə oyunçularımın göstərdiyi performansdan çox razı qaldım".
- Sizcə, bu günki oyunda hakim oyunun nəticəsinə öz təsirini göstərdimi?
- Oyun içində olan narazılıqlarımız təbiidir. Oyundan sonra biz də baxırıq, nəticəyə təsir edən epizodlar da olur. Oyun zamanı verilən reaksiyalar fərqli olur. Bəzən elə olur ki, həqiqətən oyunun gərginliyindən dolayı bəzi dialoqlar olur. Ümumilikdə bu oyunda hakimlikdən narazı qalmadım. 1-ci hissədə vurduğumuz qol sayılmadı. Bu epizodda topun ələ dəyməsi bilmirəm necə yorumlanır. Demirəm ki, səhv qərardır.
- Felipe Santosun sizlə olan epizod haqqında düşüncələriniz?
- Top əlimdəydi. Santoş sərt şəkildə götürdü. Bu oyun zamanı futbolçular arasında olur. Bir mənnən qalmışdı bunu etmədiyi. Bu da oldu. Xasiyyəti belədi. Belə də qəbul etməliyik.
Azərbaycanlı qapıçı Albaniya çempionatında - RƏSMİ
Arif Əsədov: “Cütün taleyi Bakıda həll olacaq"
"Kəpəz"dən ölkə çempionuna - RƏSMİ
"Neftçi"nin adından qorxanlar və ya araqarışdıran qaragüruh
Sezar Enrike: "Azərbaycanda bunun şahidi oldum"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.