RU

Danışan fotolar - ABŞ-dən Bakıya ehtiram, Avropaya etinasızlıq

Avropa ölkələri lider böhranı yaşayır. Dünya düzəninin dəyişməsi və Rusiya-Ukrayna müharibəsi bunu daha qabarıq göstərdi.

Avqustun 18-də ABŞ-nin paytaxtı Vaşinqtonda Prezident Donald Trampın qəbulunda çəkilmiş fotonun sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olması da təsadüfi deyil.

Fotoda Avropa liderləri, o cümlədən Fransa prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Ciorcia Meloni, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Almaniya kansleri Fridrix Merts, Finlandiya Prezidenti Aleksandr Stubb, hətta NATO-nun Baş katibi Mark Rutte də Donald Trampın qarşısında, bir cərgədə oturub diqqətlə Ağ Ev rəhbərinə qulaq asırlar. Sanki müəllim dəcəllik etmiş şagirdləri sıraya düzüb danlayır.

Sadə avropalılar, jurnalistlər və ictimai fəallar bu mənzərəni haqlı olaraq “Avropa gücünün çöküşü”, “Trampın Avropa liderlərinə dərsi” kimi dəyərləndirir və məyusluqlarını gizlətmirlər.

Bu foto simptomatikdir və bugünkü dünyanın siyasi mənzərəsini, həmçinin vaxtilə qüdrətli liderləri ilə ad çıxarmış Avropanın Makron kimi oyundankənar vəziyyətdə qalmış "siyasi yarıtmaz"ların ümidinə qaldığını əyani şəkildə göstərir.

Baş verənləri Donald Trampın protokol qaydalarına məhəl qoymaması ilə də əlaqələndirmək olardı. Lakin protokola o qədər də əhəmiyyət verməyən ABŞ Prezidenti adətən davranışı ilə fərqli mesajlar verir.

Məsələn, Avropalı həmkarları ilə görüşdən çox qısa müddət əvvəl, avqustun 8-də Tramp Ağ Evdə Azərbaycan lideri İlham Əliyevlə görüşmüşdü. Yəqin ki, təkcə həmin tarixi görüş və onun nəticələri yox, həm də müzakirə zamanı çəkilən foto və videokadrlar hələ heç kimin gözü önündən getməyib. Həmin görüntülərdə ABŞ və Azərbaycan liderləri yanaşı oturub, səmimi söhbət edir, eyni zamanda əməkdaşlıq sənədlərinə imza atırlar.

Fərq göz önündədir. Bir fotoda ehtiramla ABŞ Prezidentinin iş masasının arxasına dəvət edilmiş Azərbaycan lideri, digər fotoda isə müəllimin qarşısında sıraya düzülmüş oturacaqlarda oturub, dərsə qulaq asan Avropa başbilənləri.

Bir fotoda düşdükləri vəziyyətdən çıxmaq üçün mədət uman aciz adamlar, digər tərəfdə sözünün sahibi olan və özünün yazdığı sülh gündəliyinə imza atdıran qətiyyətli lider.

Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Forumunda tanınmış jurnalist Mixail Qusmanın sualına cavabını xatırlatmaq yerinə düşər. Azərbaycanın xarici siyasətdəki uğurlarının sirrini ölkə lideri belə izah etmişdi: “Mən beynəlxalq həmkarlarıma da heç vaxt yalan danışmamağa çalışıram. Əlbəttə, imkan daxilində. Hesab edirəm ki, biz obyektiv və dürüst olmalıyıq, yalan danışmamalıyıq. Düşünürəm ki, bu, yəqin ki, əsas prinsiplərdən biridir: ilk növbədə öz xalqıma həqiqəti söyləmək”.

Azərbaycan Prezidenti yürütdüyü siyasətdə əminliyi məhz xalqdan aldığını dəfələrlə bildirib. Onun dünya siyasətindəki yüksək nüfuzunu şərtləndirən də bu əminlik, qətiyyət və sözü ilə imzasının bir olmasıdır.

Избранный
12
report.az

1Источники