RU

Qarşılaşma zamanı verilən reaksiyalar fərqli olur Rəşad Sadıqov

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 1-ci turunda "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

"Çempionatın ilk oyunları ağır keçir. Futbolçularım yaxşı ustalıq göstərdilər. Çempionatın favorit komandalarından birinə qarşı baxımlı oyun göstərdilər. Düşünürəm ki, qələbəyə yaxın tərəf biz idik. Hesab 1:0 olarkən də, 1-1 olarkən də qol epizodlarımız var idi. Bunlardan istifadə edə bilmədik. Rəqib standart vəziyyətdən qol vurdu. Həmin epizodda da zəncirvari səhvlərimiz oldu. Ümumilikdə, komandamın göstərdiyi oyundan çox razı qaldım". 

Mütəxəssis görüşün hakimliyi haqda da danışıb: "Oyun içində olan narazılıqlarımız təbiidir. Matçdan sonra biz də baxırıq, nəticəyə təsir edən epizodlar da olur. Qarşılaşma zamanı verilən reaksiyalar fərqli olur. Bəzən elə olur ki, həqiqətən oyunun gərginliyindən dolayı bəzi dialoqlar olur. Ümumilikdə, bu oyunda hakimlikdən narazı qalmadım. 1-ci hissədə vurduğumuz qol sayılmadı. Bu epizodda topun ələ dəyməsi bilmirəm necə yorumlanır. Demirəm ki, səhv qərardır".

R.Sadıqov "Araz-Naxçıvan"ın futbolçusu Felipe Santosla arasında olan mübahisədən danışıb: "Top əlimdə idi. Santos sərt şəkildə götürdü. Futboldur, bu cür hallar olur. Açığı, çox şərh etmək istəmirəm. Bu, oyun zamanı futbolçular arasında olur. Bir mənimlə qalmışdı bunu etmədiyi. Bu da oldu. Bütün komandalara qarşı edir. Xasiyyəti belədir. Belə də qəbul etməliyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
4
qol.az

10Источники