RU

Məmməd İsmayılın xanımı özündən əvvəl vəfat edibmiş - Gizli saxlanılıb...

Şair, AzTV-nin keçmiş sədri Məmməd İsmayılın həyat yoldaşı ötən ilin yayında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə məlumat şairin özündən gizlədilib.

Məlumata görə, buna səbəb şairin həmin vaxt ağır xəstəlikdən müalicə alması olub.

Onun səhhətinə mənfi təsir etməsin deyə, yaxınları həyat yoldaşının ölüm xəbərini gizli saxlayıblar.

Məmməd İsmayıl yalnız bir neçə ay əvvəl, qızı ilə dəfn yeri barədə danışarkən bu həqiqəti öyrənib.

Qeyd edək ki, Məmməd İsmayıl bu gün vəfat edib. O, sabah doğulduğu Tovuz rayonu, Əsrik kəndində dəfn olunacaq.


Избранный
60
1
news24.az

2Источники