RU

Fransanın Azərbaycana təyin etdiyi yeni səfirin adı məlum olub

Fransanın Azərbaycana təyin etdiyi yeni səfirinin adı məlum olub.

"Report" xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin "X" hesabında yazılıb.

Qeyd olunub ki, Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri təyin olunub.

Xanım diplomat bu barədə "X" hesabında yazıb:

“Azərbaycanda Fransaya, maraqlarımıza və həmvətənlərimizə səfir kimi xidmət etmək məniim üçün böyük şərəfdir. Bu vəzifəni Ann Buayonun yolunu davam etdirərək icra edəcəyəm. Azərbaycandakı səfirliyin komandası ilə birlikdə ölkəmiz və Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan bu regionda Fransa-Azərbaycan əlaqələrini daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm. Görüşənədək”.

Избранный
11
25
report.az

10Источники