RU

Qazaxıstanda ağır faciə: Tokayevdən tapşırıq...

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qazaxıstanın Abay vilayətinin Urjar rayonunda avtomobil bir qrup uşağın üzərinə sürüb.

Axar.az report-a istinadən verdiyi məlumata görə, insident nəticəsində üç uşaq ölüb, daha üç uşaq isə yaralanıb.

Bildirilir ki, Besterek kəndində 55 yaşlı “Toyota” sürücüsü idarəetməni itirərək yolun 10 metrliyindəki evin darvazasının qarşısında olan uşaqları vurub.

"Hadisə nəticəsində iki uşaq yerindəcə, biri tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib. Daha üç azyaşlı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib", - Urjarski rayon polis idarəsindən bildiriblər.

Sürücünün saxlanıldığı qeyd edilib. Ekspertiza onun qəza zamanı ayıq olduğunu göstərib.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin hərbi-nəqliyyat təyyarəsi göyərtəsində reanimatoloq, neyrocərrah və travmatoloqdan ibarət həkim briqadası ilə qəza zamanı xəsarət alan uşaqlara tibbi yardım göstərmək üçün hadisə yerinə gedib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
59
10
axar.az

10Источники