RU

Çempionlar Liqası: "Qarabağ" "Ferentsvaroş" səfərində inamlı qələbə qazanıb - YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) qalib gəlib.

Moderator.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə "status-kvo"nu bərpa ediblər .67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina "köhlən atlar"ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə isə rəqib qapısına yol tapan Musa Qurbanlı yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

00:43

23:54

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda ilk hissə yekunlaşıb.

Moderator.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda meydan sahibləri fasiləyə 1:0 hesabı ilə üstün yollanıblar.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

23:29


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda hesab açılıb.

Moderator.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda meydan sahibləri fərqləniblər.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" matçı start götürüb.

Moderator.az xəbər verir ki, qarşılaşma "Qroupama Arena"da keçirilir.

Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir.

Избранный
30
14
moderator.az

10Источники