RU

Çempionlar Liqası: “Qarabağ” “Ferentsvaroş”la oyunda fərqi artırıb – YENİLƏNİB

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Ferentsvaroş”a (Macarıstan) qalib gəlib.

Bakues.az xəbər verir ki, “Qroupama Arena”da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə “status-kvo”nu bərpa ediblər .67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina “köhlən atlar”ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə isə rəqib qapısına yol tapan Musa Qurbanlı yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

***

00:48

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununda daha bir qol vurulub.

Bakues.az xəbər verir ki, “Qroupama Arena”da keçirilən matçda Ağdam təmsilçisi hesabdakı üstünlüyünü bir qədər də artırıb – 3:1.

85-ci dəqiqədə Musa Qurbanlı meydan sahiblərini oyunu mərkəzdən başlamağa məcbur edib.

***

00:30

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununda üçüncü qol vurulub.

Bakues.az xəbər verir ki, “Qroupama Arena”da keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb- 2:1.

67-ci dəqiqədə Kevin Medina diqqət mərkəzinə düşüb.

***

00:14

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununda ikinci qol vurulub.

Bakues.az xəbər verir ki, “Qroupama Arena”da keçirilən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib – 1:1.

50-ci dəqiqədə Marko Yankoviç fərqlənib.

***

23:57

19.08.2025

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununda ilk hissə yekunlaşıb.

Bakues.az xəbər verir ki, “Qroupama Arena”da keçirilən matçda meydan sahibləri fasiləyə 1:0 hesabı ilə üstün yollanıblar.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

***

23:41

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununda hesab açılıb.

Bakues.az xəbər verir ki, “Qroupama Arena” stadionunda keçirilən matçda meydan sahibləri hesabı açıblar.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

***

23:08

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” matçı start götürüb.

Bakues.az xəbər verir ki, qarşılaşması “Qroupama Arena” stadionunda keçirilir.

Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir.

Избранный
68
19
icma.az

10Источники