RU

Gəncədə qəza nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Gəncədə baş verən qəzada xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə xəsarət alanlar 1994-cü il təvəllüdlü Ə. Məmmədli, 1992-ci il təvəllüdlü A. Məmmədova, 2004-cü il təvəllüdlü G. Məmmədova və daha bir azyaşlıdır.

Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

***

00:29

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yolda hərəkətdə olan “Changan” markalı avtomobillə toqquşub.

Daha sonra “Changan” idarəetmədən çıxaraq yol kənarındakı aptekə çırpılıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

Gəncədə Gəncədə Gəncədə Gəncədə
Избранный
39
5
apa.az

8Источники