RU

Gəncədə qəza nəticəsində 4 nəfər xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info APA-ya istinadla xəbər verir ki hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yolda hərəkətdə olan “Changan” markalı avtomobillə toqquşub.

Daha sonra “Changan” idarəetmədən çıxaraq yol kənarındakı aptekə çırpılıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

Избранный
36
7
azreform.info

9Источники