RU

Ferentsvaroş un baş məşqçisi: Qarabağ ilk oyundan sonra cütün taleyini həll etdiyini düşünür

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ" cütün taleyini həll etdiyini düşünür.

Fanat.Az xəbər verir ki, bunu Macarıstan təmsilçisinin baş məşqçisi Robbi Kin mətbuat konfransında deyib.

İrlandiyalı mütəxəssis Azərbaycan çempionuna qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında fikirlərini bölüşüb:

"Rəqib ilk oyundan sonra cütün taleyini həll etdiyini düşünür. Bu, bizim üçün xüsusi motivasiya olacaq. Bakıdakı qarşılaşmada daha yaxşı oynamağa məcburuq. Futbolda hər şey mümkündür. Çətin vəzifənin öhdəsindən gələ bilərik".

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
2
fanat.az

4Источники