ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüşün planlaşdırma mərhələsində olduğunu bildirib.
“Report” xəbər verir ki, o, amerikalı jurnalist Mark Levinə müsahibəsində müvafiq bəyanatla çıxış edib.
“Prezident Putinlə çox uğurlu görüş keçirdim. Prezident Zelenski ilə çox uğurlu görüşüm olub. Düşünürəm ki, vəziyyəti anlamaq üçün mənsiz görüşsələr daha yaxşı olar. Bundan nə çıxacağını anlamaq istəyirəm. Onlar (mümkün görüş – Qeyd) üzərində işləyirlər, nə baş verəcəyini görəcəyik”, - Amerika lideri əlavə edib.
O, Ukraynadakı münaqişədən danışaraq qeyd edib ki, ABŞ-ın əvvəlki prezidenti Co Baydenin administrasiyası dövründə vəziyyət daha da pisləşib:
“Düşünürəm ki, bu, III dünya müharibəsinə doğru gedirdi, lakin indi bu, daha baş verməyəcək. Bu, yaxşı xəbərdir. Artıq bundan narahat olmaq lazım deyil”.