RU

“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli 67 milyon manat böyüyüb

30 iyun 2025-ci il tarixinə “Yapı Kredi Bank Azərbaycan”ın müştərilərə verdiyi kreditlərin ümumi həcmi 384 milyon 484 min manat təşkil edib.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Bu, ötən ilin sonu ilə müqayisədə 66 milyon 895 min manat və ya 21,1% artım deməkdir.

Kredit portfelinin əsas hissəsini – 234 milyon 379 min manatını biznes kreditləri təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə biznes kreditləri 46 milyon 619 min manat və ya 24,8% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 12 milyon 603 min manat və ya 15,4% artaraq 94 milyon 488 min manata çatıb. Daşınmaz əmlak kreditləri isə 7 milyon 675 min manat və ya 16,0% artaraq 55 milyon 618 min manat olub.

Mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatların həcmi 28 milyon 623 min manat təşkil edib. Nəticədə bankın xalis kredit portfeli 355 milyon 861 min manata bərabər olub ki, bu da altı aylıq müqayisədə 66 milyon 108 min manat və ya 22,8% artım deməkdir.

Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində bankın ümumi kredit portfeli 317 milyon 589 min manat, xalis kredit portfeli isə 289 milyon 753 min manat olmuşdu.

Избранный
32
1
fed.az

2Источники