Qobustan rayonunda torpaq uçqunu faciə ilə nəticələnib.
News24.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəşad Əhmədov çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidə torpaq uçqunu nəticəsində ölüb.
Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Osmanov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.