RU

MİQ-də vakant yerlərlə bağlı mühüm AÇIQLAMA

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsində 4 minə yaxın namizədin iştirak etməsi nəzərdə tutulub. 

Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Nurlan İsmayılbəyli deyib ki, müsabiqənin növbəti müsahibə mərhələsi avqustun 22-dən həyata keçiriləcək. 

Onun sözlərinə görə, bu mərhələdə azsaatlı vakant yerlər birləşdirilərək təqdim olunacaq. Məqsəd müəllimlərə daha yüksək məvacibin verilməsini təmin etməkdir.

“Birləşdirilmiş vakant yerlərin sayı 1000-ə yaxındır. Bu vakant yerlər müxtəlif regionları əhatə edir”.

Избранный
96
22
modern.az

10Источники