RU

10-a yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır

10-a

10-a yaxın ölkə sülh sazişindən sonra təhlükəsizlik təminatları çərçivəsində Ukraynaya öz qoşunlarını göndərməyə hazır olacaq.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi müzakirələrdən xəbərdar olan mənbələrə istinadla yazıb.

Mənbələr agentliyə deyiblər ki, Avropa rəsmiləri çərşənbə axşamı Ukraynaya sülh sazişi çərçivəsində Britaniya və Fransa qoşunlarının göndərilməsi planını, o cümlədən hərbi kontingentin sayı və yerləşəcəyi ərazini də müzakirə ediblər.

Onu da qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Vaşinqtonda keçirilən sammitdən bir gün əvvəl demişdi ki, Avropa silahlı qüvvələri hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynada sülhməramlı əməliyyatlarda iştirak etməlidir. Rusiya tərəfi isə Qərb qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi ideyasını ardıcıl olaraq rədd edir.

E. KAMAL
Избранный
30
reyting.az

1Источники