RU

Həmas atəşkəsi qəbul etdi, bəs Netanyahu?

Yazını böyüt
Yazını kiçilt

Həmas Misir və Qətərin vasitəçiliyi ilə Qəzzada atəşkəs və əsir mübadiləsi planını qəbul etdiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Qahirə və Doha hökumətləri Həmas-ın razılaşmanı qəbul etdiyini açıqlayıb. Adının açıqlanmasını istəməyən Times of Israel qəzetinə danışan rəsmi İsrailin cavab aldığını təsdiqləyib.

Bununla belə, İsrailin baş naziri Benyamin Netanyahu dünən Qəzzanın işğal planının davam edəcəyinə eyham vurub. Netanyahu İsrail Müdafiə Qüvvələrinin (IDF) yüksək səviyyəli rəsmiləri ilə görüşündə Qəzza şəhərinin işğalını müzakirə etdiyini bildirib.

Netanyahu Həmas-ın razılaşmanı qəbul etməsini təşkilatın "böyük təzyiq altında olması" ilə əlaqələndirib və onların məqsədlərinin "müharibə məqsədlərinə çatmaq" olduğunu bildirib. Əvvəlki açıqlamalarında Netanyahu “qismən atəşkəs razılaşmaları”nda maraqlı olmadıqlarını və yalnız Həmas bütün girovları bir anda azad edib, silahlarını yerə qoysa və Qəzzanın təhlükəsizliyini İsrailə təhvil verərsə, müharibəni bitirəcəklərini bildirmişdi.

Adının açıqlanmasını istəməyən İsrailin Kanal 12 televiziyasına danışan mənbə, "Həmas-ın məhbus mübadiləsi razılaşmasına cavab almasına baxmayaraq, Təl-Əvivin mövqeyi dəyişməyib" deyib.

Misir rəsmilərinin sözlərinə görə, razılaşma 60 günlük atəşkəs və Həmas-ın 10 girovu sağ-salamat azad etməsini nəzərdə tutur. İsrailin bunun müqabilində neçə fələstinli məhbusu azad edəcəyi ilə bağlı heç bir məlumat verilməyib. Fələstin təşkilatının 20-si sağ olmaqla ümumilikdə 50 girov saxladığı bildirilir. İsrailin ictimai yayımı KAN bildirir ki, saziş ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə elçisi Stiv Vitkoffla İsrailin strateji işlər naziri Ron Dermer arasında son görüşdə müzakirə edilən təklifə çox bənzəyir.

Təl-Əviv hökuməti hələlik yekun razılaşma mətni ilə bağlı mövqeyini açıqlamayıb. “Times of Israel”in yazdığına görə, vasitəçilər Netanyahunun “işğal planının davam etdirilməsi” ilə bağlı bəyanatlarının Həmas-a təzyiqi artırmaq strategiyası olduğuna inanırlar.

İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalı planını təsdiqləyib.

Nazirlər Kabinetinin iclasından əvvəl Fox News-a verdiyi müsahibədə Netanyahu bütün Qəzza zolağının işğalını hədəflədiklərini bildirib.

İsrail mediası xəbər verir ki, vasitəçilər işğal planının həyata keçirilməsindən əvvəl atəşkəs razılaşması əldə etməyi hədəfləyirlər.

Избранный
49
50
hafta.az

10Источники